09:58 - 10.10.2018
10 oktyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazlar (DQİ) satıb.
BFB xəbər verir ki, oktyabrın 9-da AZ0105015694 nömrəli, 30 milyon manat həcmində və tədavül müddəti 728 gün olan DQİ buraxılışı yerləşdirilib.
6 investordan 43 802,5 min manat məbləğində 10 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 93,0697 AZN-dən (gəlirlik 12,0000%) 101,8365 AZN-ə (7,0000%) qədər qiymət intervalında təklif edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 100,1817 AZN (gəlirlik 7,9000%), orta ölçülmüş qiymət isə 101,8035 AZN (7,0177%) səviyyəsində müəyyən edilmişdir.
Nəticədə 30 milyon manatlıq istiqrazlar yerləşdirilib.
DQİ-nin ödəmə tarixi: 6 oktyabr 2020-ci il.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026