"FINCA Azerbaijan"-nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

16:17 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. 25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 1eyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində keçiriləcək.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN:AZ2010019209

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:30,000 ədəd

İlkin ticarət qiyməti:100 manat

İstiqrazların buraxılış həcmi: 3,000,000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi: 10.10.2025

Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC