14:37 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) istiqraz emissiyasına bazarda pul transmissiyasının daha yaxşı işləməsi kimi baxır.
ABC.AZ xəbər verir ki, bunu AMB-nin baş direktoru Tərlan Rəsulov istiqrazların yerləşdirilməsi ilə bağlı "Açılış zəngi" tədbirində bildirib.
Onun sözlərinə görə, bu, investorlar üçün şəffaflığın artırılması və faiz dərəcələrinin daha yaxşı idarə edilməsi deməkdir:
"Bütövlükdə AMB olaraq kapital bazarlarında genişmiqyaslı islahatlar davam edir. Bununla bağlı məsələlər 2030-cu il strategiyasında da öz əksini tapacaq. AMB üçün kapital bazarlarının inkişafı prioritet olaraq qalır. EBRD-nin istiqraz emissiyası təkcə maliyyə bazarlarına deyil, həm də Azərbaycan iqtisadiyyatına inamın göstəricisidir, bizim üçün təcrübədir, beynəlxalq standartlara uyğunluqdur".