10:14 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı bir müraciət edilməyib.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir:
"İsrafın qarşısını almaq üçün su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqi məqsədəuyğundur. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq, həmçinin ictimai müzakirəyə çıxarılacaq".