"Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

17:19 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Bugün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində keçiriləcək..

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Avropa Yenidənqurma və İnkişaf Bankı”

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001028169

İstiqrazların növü və forması:Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 500 ədəd

İlkin ticarət qiyməti: 100,000 manat

İstiqrazların buraxılış həcmi: 50,000,000 manat

Period üçün gəlirlilik faizi:0a5c1bea8872df1a962fa390c3104c3a.png

Ödəmə Periodu: Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək

Tədavül müddəti:1 il

Ticarətə buraxılma tarixi: 01.10.2025

Anderrayterlər:  “ABB-İnvest İ.Ş.” QSC; “Unicapital İ.Ş.” ASC