16:27 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Bugün Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 03.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı BOKT "International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2039021020
İstiqrazların növü və forması :Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması : Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 10,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi:1,000,000 manat
İllik gəlirlilik faizi:18%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Ticarətə buraxılma tarixi :03.10.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC