10:38 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard dollar investisiya qoyulub.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində çıxış edərkən bildirib.
O qeyd edib ki, ölkənin neft və qaz asılılığını azaltmaq Azərbaycan iqtisadiyyatına yatırılmış 344 milyard dollar sərmayənin 210 milyarddollarından çoxu qeyri-neft sektorunun payına düşür:
"2021–2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6,7 % böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Son 6 ildə qeyri-neft və qaz ixracı 2 dəfə artıb, valyuta ehtiyatlarımız isə tarixi maksimuma çataraq ölkənin ÜDM-i ilə eyni həcmdədir. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir".
Müəllif: Elmir Murad