15:22 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. İyunun sonuna olan vəziyyətə görə, "Anglo Asian Mining" şirkətinin əməliyyat fəaliyyətindən əldə etdiyi xalis pul vəsaiti 11,4 milyon ABŞ dolları (3,6 dəfə artım) təşkil edib, əmtəə ehtiyatı isə bazar dəyəri təxminən 2,1 milyon ABŞ dolları olan 1 176 unsiya qızıl təşkil edib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə şirkət mədən işlənməsi və emal gücünün genişləndirilməsinə 8 milyon ABŞ dolları (27 % artım) sərmayə qoyub.
2025-ci il iyunun sonuna AAM-in xalis borcu 13,1 milyon ABŞ dolları təşkil edib (31 dekabr 2024-cü il tarixinə 14,7 milyon dollar olub).
Şirkət 2025-ci il üçün aralıq dividendləri elan etməyib.
AAM həmçinin Azərbaycanda 2025-ci il üçün qiymətli metalların istehsalı proqnozlarına yenidən baxıb.