11:59 - 23.09.2025
23 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "Basalt Group" MMC arasında "Azerbazalt Elmi-İstehsalat Birliyi" MMC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb.
ABC.AZ xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi ABIF-in baş direktoru Yasin Cəlilov və "Basalt Group" MMC-nin nümayəndəsi imzalayıb.