16:20 - 5.10.2018
5 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-in məlumatında deyilir ki, oktyabrın 9-da, hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində DOİ satışı üzrə hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 728 gündür, faiz gəlirliyi 8%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026