11:06 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,3 % səviyyəsində olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə “ING Group”in açıqlamasında qeyd edilib. Sözügedən açıqlamada Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin iyul ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,7 %, gələn ildə isə 5,3 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, Azərbaycanda inflyasiya bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini gözləyir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026