Azərbaycanda illik inflyasiya 5%-dən də aşağı düşüb

14:21 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.6%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 2.6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6.9% artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4.9% (öncəki ayda bu 5% idi) , o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 2.1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4.9% artıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot faiz dərəcəsinə dair qərar verdi. AMB-nin sentyabr iclasında uçot faiz dərəcəsi 7 faizdə, aşağı həddi 6  faizdə və yuxarı həddi isə 7 faizdə sabit saxlanılıb. AMB-nin inflyasiya üçün hədəf çərçivəsi 2-6 faiz diapazonudur. Hazırda effektiv faiz son bir ayda 2 faizdən 2.1 faizə yüksəlib. Effektiv faiz dedikdə uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı fərqdir.