Azərbaycan nefti cüzi bahalaşıb

12:00 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi artıb .

ABC.AZ  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,39 dollar və ya 0,57 faiz artaraq 68,7 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.