İnquşetiya Azərbaycana alüminium ixracını artırıb

17:17 - 9.09.2025


9 sentyabr, Fineko/abc.az. İnquşetiyadakı alüminium profillərin istehsalı ilə məşğul olan "Riak" zavodu 2024-cü ildə məhsul istehsalında nəzərəçarpacaq artım nümayiş etdirib.

ABC.AZ xəbər verir ki, il ərzində şirkət 9,2 min ton məhsul istehsal etdi ki, bu da bir il əvvələ nisbətən 11% çoxdur.

"Riak" məhsulları həm Rusiyada, həm də xaricdə tələb olunur. Mərkəzi Rusiyaya, Krasnodar diyarına və Şimali Qafqaz respublikalarına tədarük olunur. Qonşu dövlətlərdə də İnquşetiya metal istehsalına tələbat var: məhsullar Azərbaycan və Belarus da daxil olmaqla MDB ölkələrinə ixrac olunur", — deyə İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov bildirib.