14:57 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 160,6 milyon manat vergi daxil olub.
ABC.AZ quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 % çoxdur.
Hesabat dövründə ödənilən vergilərin 68,7%-i qeyri-dövlət sektorunun, 31,3 %-i isə dövlət sektorunun payına düşüb.
Qeyri-dövlət sektorundan daxilolmalar 110,4 milyon manat təşkil edib. 2024-cü ilin 8 ayına nisbətən bu sektordan vergi daxilolmaları 19,9 % çox olub.
17 Avqust 2026
15 Avqust 2026