12:17 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 48,5 milyon ABŞ dolları investisiya qoyub.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Azərbaycan bu ilin I rübündə Gürcüstana 24,9 milyon ABŞ dolları (29,7 % çox), II rübündə isə 23,6 milyon ABŞ dolları (18,1 % az) sərmayə yatırıb.
Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (188,8 milyon ABŞ dolları, 3,9 % çox), Türkiyə (81,5 milyon ABŞ dolları, 3,2 % çox) və Çexiya (81,3 milyon ABŞ dolları, 63,9 % çox) olub. (©Report)
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026