Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

17:18 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb.

ABC.AZ Maliyyə Nazirliynə istinadən xəbər verir ki, imzalanan sənədlər arasında - Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, "SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD." və "PANNONPHARMA" arasında Anlaşma Memorandumu var.

Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar. Digər sənədlərə isə hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri imza atıblar.