11:24 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar–avqust aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq 151 yeni dövlət standartını təsdiqləyib.
ABC.AZ AZSTAND-a istinadən xəbər verir ki, hesabat dövründə ən böyük pay qida texnologiyası və kənd təsərrüfatı sahəsinə düşüb. Bu istiqamətdə 38 yeni standart qəbul edilib.
Konservləşdirilmiş məhsullar, ət və süd məmulatları, zeytun və zeytun yağı, un-dəyirmançılıq və qablaşdırılmış içməli su kimi çeşidlər üzrə texniki tələblər yenilənib və konkret təriflərə salınıb.
Tikinti materialları üçün 9 standartla dam örtükləri, beton və yığma dəmir-beton elementləri üzrə tələblər dəqiqləşdirilib.
İnformasiya-telekommunikasiya və elektrotexnika sahəsində 27 sənədlə enerji səmərəliliyi, məişət avadanlıqlarının sınaq üsulları, coğrafi informasiya və süni intellekt üzrə idarəetmə-risk çərçivələri qəbul olunub.
17 Avqust 2026
15 Avqust 2026