15:05 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. Cümə axşamı, 4 sentyabr tarixində mis, bu həftə ABŞ iqtisadiyyatı ilə bağlı əsas məlumatların yayımlanması ərəfəsində Londonon metal birjasında ucuzlaşır.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Misin qiyməti 0,5% azalaraq ton başına 9 926 dollara düşüb.
Treyderlər Federal Ehtiyatın faiz dərəcələri ilə bağlı sonrakı hərəkətlərini müəyyənləşdirməli olan ABŞ məşğulluq hesabatının yayımlanmasını gözləyirlər.