12:15 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Cari ilin 8 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 513 min 95 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ABC.AZ-a bildirilib ki, ötən ilin yanvar-avqust aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 18,6 faiz idisə, bu ilin müvafiq dövründə bu rəqəm 33,2 faizə çatıb.
Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
17 Avqust 2026
15 Avqust 2026