16:06 - 29.08.2025
29 avqust, Fineko/abc.az. Avropa və ABŞ-dan olan investisiyalara marağın artdığı müşahidə olunur.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, ABŞ artıq bu gün Azərbaycan bazarına maraq göstərir və perspektivdə Amerika ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilə bilər.
Y. Abdullayev qeyd edib ki, əməkdaşlığın genişlənməsi üçün əlverişli fon yaradan amillərdən biri də son siyasi hadisələrdir. Belə ki, avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış saziş təkcə prezidentlər üçün deyil, həm də bütün iştirakçı ölkələrin nüfuzu üçün əhəmiyyətli nailiyyət olub.
"Azərbaycanın yeni səviyyəyə çıxarılmasından danışsaq, xüsusilə də biznes, ixrac, investisiya sahələrindən - baş verən proseslər bizi yeni şirkətlərin və investorların cəlb edilməsi baxımından çox əlverişli mövqeyə gətirib", - o vurğulayıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026