Azərbaycan və Argentina investisiya imkanlarını artırmağı planlaşdırır

15:13 - 28.08.2025


28 avqust, Fineko/abc.az. Azərbaycan və Argentina arasında investisiya imkanlarının artırılması müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bununla bağlı müzakirələr nazirin I müavini Elnur Əliyevlə Argentinanın ölkədəki səfiri Marianxeles Belluşi ilə görüşdə aparılıb.

Görüşdə investisiya, nəqliyyat-tranzit, texnologiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib.

Ölkələr arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.