16:54 - 26.08.2025
26 avqust, Fineko/abc.az. 1995-ci ildən 2025-ci ilin mart ayınadək olan dövrdə ABŞ-dan Azərbaycana ümumilikdə 18,9 milyard ABŞ dolları investisiya qoyulub.
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"O cümlədən neft-qaz sektoruna investisiyalar 17,4 milyard, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard ABŞ dolları təşkil edib", - deyə nazir əlavə edib. (C) APA
27 İyul 2026