12:08 - 22.08.2025
22 avqust, Fineko/abc.az. Avqustun 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək.
Xəbər verilir ki , iclas Həştərxanda baş tutacaq.
Komissiyanın iclasında iqtisadi sahədə bir sıra sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir. (C) APA
17 Avqust 2026
15 Avqust 2026