12:22 - 15.08.2025
15 avqust, Fineko/abc.az. “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılıb.
ABC.AZ xəbər verir ki, 18 milyon 840 min manat nizamnamə kapitalına malik olan ASC 9 milyon 420 min 31 ədəd səhm buraxıb. Güzəştli satışa çıxarılmış səhmlərin sayı 1 milyon 413 min 5 ədəd (buraxılmış səhmlərin 15%-i və ya 2 milyon 826 min manatlıq hissəsi ), bir səhmin nominal qiyməti 2 manatdır.
Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:
- əsas iş yeri həmin müəssisə sayılan işçilər;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
- özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
- 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.
Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixinə kimi qəbul edilir.
Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026