12:09 - 14.08.2025
14 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.
Bu barədə ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək Sənaye Məhəlləsində 15,9 milyon manatlıq məhsul istehsal edib. Həmçinin, bu ilin I yarısında 1,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% çoxdur.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026