17:35 - 13.08.2025
13 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir.
ABC.AZ quruma istinadla xəbər verir ki, sahibkarlar tərəfindən bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.
Bildirilir ki, indiyədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.
2025-ci ilin I yarısında Sənaye Məhəlləsində 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfədən çoxdur.
27 İyul 2026