Cari ildə əsas kapitala 8,1 mlrd. manat investisiya yönləndirilib

14:23 - 13.08.2025


13 avqust, Fineko/abc.az. Bu ilin I yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 8.1 milyard manat investisiya yönləndirilib.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

Dövr ərzində neft-qaz sektoruna 2.3 milyard manat, qeyri-neft-qaz sektoruna 5.8 milyard manat investisiya qoyuluşu olub. Qeyri-neft-qaz sektoruna qoyulmuş investisiyanın 1.2 milyard manatı qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
İnvestisiyaların 49.1%-i dövlət, 50.9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78.2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75.2%-ni təşkil edib.
Ümumi sərmayənin 50,4%-i məhsul istehsalı sahələrinin, 33,1%-i xidmət sahələrinin, 16,5%-i isə yaşayış evlərinin tikintisinin payına düşüb. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye (43.1%) və tikinti (22.5%) sahələri təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların maliyyə mənbələrində büdcə vəsaitlərinin payı ötən ilin eyni dövrünənisbətən 3.5% artıb.