11:35 - 12.08.2025
12 avqust, Fineko/abc.az. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumatına istinadla xəbər verir ki, 2025-ci ilin yanvar – iyul aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 274 milyon manatdan artıq olub.
Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.
17 Avqust 2026
15 Avqust 2026