11:26 - 7.08.2025
7 avqust, Fineko/abc.az. 2025-ci ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.637.784 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.
Qeyd edilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,4 faiz artıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026