Azərbaycan və ABŞ arasında iqtisadi-ticari əlaqələr müzakirə edilib

15:37 - 5.08.2025


5 avqust, Fineko/abc.az. Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq", - deyə paylaşımda qeyd edilib.