“Ezamiyyə xərclərinin normaları haqqında” Qərarda dəyişiklik edilib

12:27 - 4.08.2025


4 avqust, Fineko/abc.az. Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Ezamiyyə xərclərinin birgünlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na Baş prokurorun müavinləri də əlavə edilib.