Büdcə kəsiri orta hesabla ÜDM-in 1,1%-i səviyyəsində olacaq - “Fitch Solutions”

15:42 - 1.08.2025


1 avqust, Fineko/abc.az. “2025 və 2026-cı illərdə Azərbaycanın fiskal siyasəti iqtisadi artımı dəstəkləyəcək, eyni zamanda makroiqtisadi sabitlik qorunacaq”.

ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” şirkətinin ölkə üzrə proqnozunda bildirilib. Qeyd edilib ki, dövlət xərcləri xüsusilə infrastruktur və sosial xidmətlərə yönəlmiş investisiyalar vasitəsilə daxili tələbin stimullaşdırılmasında əsas rol oynayacaq.

Hesabata əsasən, ölkədə büdcə kəsiri hər iki il üzrə orta hesabla ÜDM-in 1,1%-i səviyyəsində olacaq. Qeyd olunur ki, 2021–2024-cü illərdə Azərbaycan ardıcıl dörd il büdcə profisiti qeydə alıb və gözlənilən kəsir neft gəlirlərinin azalması ilə bağlıdır.

Vurğulanıb ki, büdcə sabitliyinin təmin edilməsində Dövlət Neft Fondu mühüm rol oynayır.