15:52 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Türkiyənin “YDA Holding”i Qazaxıstanın Aktau limanında multimodal tranzit mərkəzinin yaradılması ilə bağlı irimiqyaslı layihənin həyata keçirilməsi imkanını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildrilib.
Belə ki, bu, Prezident Kasım-Jomart Tokayevin “YDA Holding”in İdarə Heyətinin sədri Hüseyn Arslanla Ankarada keçirilən görüşü zamanı məlum olub.
Söhbət zamanı H.Arslan şirkətin bu nəqliyyat layihəsinin inkişafı ilə bağlı planları barədə danışıb, cari təşəbbüslər - Türküstan, Astana və Petropavlovskda çoxprofilli xəstəxanaların tikintisi, YDA Industrial Park sənaye parkının genişləndirilməsi və Astanada sendviç panellərin istehsalı zavodunun inşası haqqında məlumat verib.
K.Tokayev holdinqin Qazaxıstana strateji marağını yüksək qiymətləndirib və ölkədə həyata keçirilən investisiya təşəbbüslərinə dəstəyini ifadə edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026