Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb

14:07 - 28.07.2025


28 iyul, Fineko/abc.az. Mərkəzi Bank qiymətli kağızlar bazarında şəffaflığın və hüquqi uyğunluğun təmin olunması məqsədilə həyata keçirdiyi maarifləndirici fəaliyyətləri davam etdirir.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə növbəti addım olaraq, “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formaları hazırlanıb.

Yeni hazırlanmış şablonların əsas məqsədi emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə təşkil olunmasıdır.