16:20 - 21.07.2025
21 iyul, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 22-də Çexiyaya rəsmi səfərə gedəcək.
ABC.AZ xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbə məlumat verib.
Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə ediləcək.
Eyni zamanda, sənaye və ticarət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi planlaşdırılır.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 484,94 milyon ABŞ dolları təşkil edib ki, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,23 % azdır. Bu zaman Azərbaycandan ixrac 450,76 milyon ABŞ dolları (-8,41 %), idxal isə 34,19 milyon ABŞ dolları (+36,69 %) təşkil edib.
2024-cü ilin yekunları üzrə Azərbaycan və Çexiya arasında ümumi ticarət dövriyyəsi 1,153 milyard ABŞ dollarına çatıb ki, bu isə əvvəlki illə müqayisədə 50,31 % artım deməkdir.
17 Avqust 2026