ARDNF Ərəb bankında böyük həcmdə depozit yerləşdirib

10:30 - 21.07.2025


21 iyul, Fineko/abc.az. 2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərinə məxsus “First Abu Dhabi Bank”da 340,34 milyon manat məbləğində qısamüddətli depozit yatırıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Fondun maliyyə hesabatında qeyd edilib.

Sənədə əsasən, ötən il qurumun Yaponiyanın “Mizuho Bank”ına yatırdığı qısamüddətli depozitin məbləği isə əvvəlki illə müqayisədə 19,9 % çox – 2,04 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in müddətli depozitlərinin məbləği ötən il yanvarın 1-nə nisbətən 162,65 dəfə az – 11,69 milyon manat təşkil edib. Kəskin azalma Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 893,143 milyon məbləğində depozitin müddətinin başa çatması ilə bağlıdır. 2024-cü ilin sonuna depozit məbləğinin 512 min manatını yığılmış faizlər təşkil edib.