Daha 206 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayəyə verilir

15:48 - 15.07.2025


15 iyul, Fineko/abc.az. Sumqayıt şəhərində 206 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.

ABC.AZ xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Qeyd edilib ki, yaşayış sahəsi Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347,16 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 22.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7285 kirayə müqaviləsi bağlanılıb.