Azərbaycanda orta illik inflyasiya gələn il 3 % olacaq - Reytinq agentlikləri

11:46 - 14.07.2025


14 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,1 %, gələn il isə 4,3 % təşkil edəcək.

ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il inflyasiya 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,7 %, illik inflyasiya 5,2 %, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.

“S&P Global” və “Moody’s” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 %, 2026-cı ildə isə 3 % səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % səviyyəsində proqnozlaşdırır.