“ING Group” Azərbaycanla bağlı proqnoz verdi - İnflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır

11:32 - 14.07.2025


14 iyul, Fineko/abc.az. Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.

Əvvəlki proqnozla müqayisədə gözləntilər 0,1 faiz bəndi artıb.

Bank analitikləri III rübdə inflyasiyanın 4,6 % (0,1 faiz bəndi artım), IV rübdə isə 4,8 % (+ 0,1 faiz bəndi) olacağını gözləyirlər.

ING 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 4,6 %, II rübdə 4,9 %, III rübdə 5,2%, IV rübdə isə 5,7 % olacağını gözləyir.

Ümumilikdə, ING 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 5,1 % səviyyəsində olacağını (əvvəlki proqnozla müqayisədə dəyişiklik yoxdur) proqnozlaşdırır.