Bu ölkə, bazarı rəqəmsallaşdırmağa görə kağız səhmlərdən imtina edəcək

16:31 - 11.07.2025


11 iyul, Fineko/abc.az. İngiltərə maliyyə naziri Reyçel Rivz iyulun 15-də kağız səhmdar sertifikatlarından imtina edəcəyini elan edəcək.

ABC.AZ xəbər verir ki, bu qərar şirkətlərin xərclərini azaltmaq və maliyyə sektorunun rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

İngiltərə hələ də fiziki sertifikatlardan istifadə edən azsaylı ölkələrdən biri olaraq qalır. Rəqəmsal reyestrlərə keçid və vahid səhm uçotu sisteminin yaradılması planlaşdırılır. Kağız səhmlərdən imtina 2023-cü ildə hazırlanmış kapital bazarlarının rəqəmsallaşdırılması hesabatının əsas tövsiyələrindən biri idi.