16:18 - 11.07.2025
11 iyul, Fineko/abc.az. Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-iyun aylarında 302.5 milyon manatlıq məhsul istehsal edilib.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 3.5 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 9,5 faiz azalıb.
2025-сi ilin yanvar-iyun aylarında 2132 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100 ədəd çox minik avtomobili istehsal olunmuşdur. 01.07.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 36 ədəd olub.
Yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nasosların istehsalı 37,3 faiz artıb.
2025-ci ilin yanvar-iyun ayında cəmi 146 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47.1% azdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026