14:42 - 11.07.2025
11 iyul, Fineko/abc.az. Moody’s beynəlxalq reytinq agentliyi, Fitch-in ardınca, Azərbaycana “Baa3” səviyyəsində investisiya reytinqi verib və müsbət proqnoz açıqlayıb.
ABC.AZ xəbər verir ki, Agentlik bu qərarını fiskal və xarici ehtiyat buferlərinin güclənməsi, eləcə də diplomatik münasibətlərin inkişaf potensialı ilə əsaslandırıb.
Bununla belə, ölkənin ticarət balansı neft bazarındakı dəyişkənlik fonunda zəifləyir. 2025-ci ilin may ayına qədər olan 12 ayda Azərbaycanın xarici ticarət profisiti 2,7 milyard dollar təşkil edib. Bu göstərici 2024-cü ildə 5,5 milyard dollar, 2023-cü ildə isə 16,6 milyard dollar idi.