Bu amil Azərbaycana yeni investisiya imkanları aça bilər - “ING Group”

14:22 - 11.07.2025


11 iyul, Fineko/abc.az. Ermənistanla münasibətlərin normallaşması Azərbaycana yeni investisiya imkanları aça bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”dan bildirilib.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi beynəlxalq investorlar tərəfindən müsbət siqnal kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, bu proses davam edərsə, ölkəyə xarici kapital axınında artım müşahidə oluna bilər.