Azərbaycan və Özbəkistan arasında ticarət məsələləri müzakirə edilib  

16:27 - 30.06.2025


30 iyun Fineko/abc.az.  Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib. 

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovu Azərbaycanda yenidən qarşılamaqdan məmnun olduq. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr apardıq", - deyə o qeyd edib.