Pekinlə Bakını birləşdirən yeni yük daşıma xətti istifadəyə verilib  

14:27 - 30.06.2025


30 iyun Fineko/abc.az.Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib.

ABC.AZ “Report”-a istinadla xəbər verir ki, bu barədə Çin KİV-i nəlumat yayıb.

Qeyd olunub ki, yükün çatdırılması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal sxemi üzrə həyata keçiriləcək.

Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.

Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.