10:15 - 25.06.2025
25 iyun, Fineko/abc.az. Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ili 1 milyon 842 min manat zərərlə başa vurub. Nəşriyyat 2023-cü ildə 1 milyon 610 min manat zərər edib ki, bu da illik müqayisədə zərərin 14.4% artmasıdır.
ABC.AZ MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azərbaycan Nəşriyyatı”nın əsas fəaliyyətlər üzrə gəlirləri 3% azalaraq 5 milyon 223 min manat təşkil edib.
“Azərbaycan Nəşriyyatı”nın sair gəlirləri 440 min manat, digər xərcləri 5 milyon 683 min manat, kommersiya xərcləri 141 min manat, inzibati xərcləri 5 milyon 3 min manat, sair xərcləri isə 540 min manat olub. (Banker.az)
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026