ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

14:15 - 24.06.2025


24 iyun, Fineko/abc.az. "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, sənəd Bakıda keçirilən "Fintex Summit 2025" çərçivəsində imza atılıb.

Memorandumu ABA-nın prezidenti Zakir Nuriyev və Qazaxıstan Maliyyəçilər Assosiasiyası Şurasının sədri Yelena Baxmutova imzalayıblar.