15:02 - 19.06.2025
19 iyun, Fineko/abc.az. Nüvə sənədləri və İsrailin İrana qarşı təcavüzünün nəticələri İslam Respublikasının Xarici İşlər naziri Abbas Araqçının Avropa üçlüyü ölkələrinin - Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə danışıqlarının əsas mövzusu olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.
“Böyük Britaniya, Almaniya, Fransa və Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallasın təşəbbüsü ilə onlarla birgə görüşdə iştirak planlaşdırılır. Görüşdə məqsəd nüvə məsələsini və sionist rejimin İrana qarşı hərbi təcavüzündən sonra regionda baş verən son hadisələri müzakirə etməkdir”, — deyə İslam Respublikası XİN-in mətbuat xidməti bildirib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026