Pomidor ixracından Azərbaycana 113,8 milyon dollar daxil olub

12:01 - 19.06.2025


19 iyun, Fineko/abc.az. 2025-ci ilin yanvar-may ayında Azərbaycandan 113 milyon 807 min dollar dəyərində 98 695 ton pomidor ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,81%, miqdar ifadəsilə 14,67% artıb.

2024-cü ilin eyni ayında Azərbaycandan 108 milyon 587 min dollar dəyərində 86 067 ton pomidor ixrac olunmuşdu.

Bu il ümumi ixracının 1.03%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8.09%-i pomidorun payına düşüb.